Yuxarı

ABŞ kəşfiyyatı: “İsrail Tehrana silah satırmış”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin silah istehsal edən şirkətləri gizli olaraq İrana hərbi təyyarə hissələri satıblar.

Axar.az xəbər verir ki, bu barədə informasiya Amerikanın "Homeland Security" təşkilatının hesabatında yer alıb.

Təşkilatın hesabatına görə, İsrail şirkətləri bu tip fəaliyyətə 2012-ci ildən başlayıblar. Məhz bu tarixdən etibarən rəsmi Tehrana müxtəlif növ silahlar verilib. Təl-Əvivin fəaliyyətindən ilk xəbər tutan isə Yunanıstan olub. Məhz Afinanın Vaşinqtona müraciətindən sonra Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) və "Homeland Security" araşdırmaya başlayıblar.

Qeyd edək ki, İranla Altılıq arasında razılaşma əldə olunmazdan əvvəl də İsrailin İrana silah verməsi haqqında müəyyən informasiyalar yayılmışdı. Lakin heç bir zaman Qərbdə yerləşən hakimiyyət orqanlarından biri İsrailə qarşı bu cür mühüm suçlamalarla çıxış etməmişdi.

Onu da xatırladaq ki, "Homeland Security" 11 sentyabr hadisələrindən sonra ABŞ-da yaradılıb. O, əsasən ölkənin daxili təhlükəsizliyinə nəzarət edir.

Tarix
2015.04.08 / 00:44
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla