Yuxarı

Türkiyədə daha bir azərbaycanlı deputatlığa namizəd oldu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədə daha bir azərbaycanlı deputatlığa namizəd oldu

Türkiyə Azərbaycan Həmrəylik və Kültür Dərnəyi rəhbərinin deputatlığa namizədliyi irəli sürülüb.

Diasporla iş üzrə Dövlət Komitəsindən Publika.az-a verilən məlumata görə, əslən azərbaycanlı olan Səfər Qaraqoyunlu Milliyətçi Hərəkat Partiyasının deputatlığa namizədləri siyahısına daxil edilib. Səfər Qaraqoyunlu MHP-nin İğdır bölgəsi üzrə siyahısında ikinci yerdədir. Onun namizədliyi deputatlıq iddiası olan 11 nəfər partiya üzvü arasından seçilib. MHP-nin namizədlər siyahısı aprel ayının 7-də Yüksək Seçim Kuruluna təqdim olunub.

Qeyd edək ki, Səfər Qaraqoyunlu 1963-cü ildə Türkiyənin İğdır bölgəsinin Qaraqoyunlu ilçəsində doğulub, Anadolu Universitetinin İctimaiyyətlə əlaqələr bölümünü bitirib. Hazırda İstanbulda yaşayan diaspor fəalı 2010-cu ildə İstanbul Türkiyə Azərbaycan Dərnəyini ("İS-TAD") təsis edərək Türkiyədə Azərbaycan həqiqətlərinin təbliği istiqamətində fəaliyyətə başlayıb. Bu illər ərzində S.Qaraqoyunlunun rəhbərlik etdiyi təşkilat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı və onun nəticələrinin Türkiyə ictimaiyyətinə çatdırılması, həmçinin Azərbaycan mədəniyyəti, incəsənətinə həsr olunmuş onlarla müxtəlif səpkili tədbirlər həyata keçirib.

Xatırladaq ki, Türkiyə Böyük Millət Məclisinə seçkilər bu il iyunun 7-də keçiriləcək.

Tarix
2015.04.08 / 23:02
Müəllif
Axar.az
Digər xəbərlər

Musayev Köçəryanla qonşu kamerada saxlanılır

İlham Əliyev Antalyadakı Ekspo Mərkəzinə gəldi - Video

Konstitusiyamız demokratik inkişafa təminat yaradır

Bu ölkə Azərbaycanda səfirlik açır

İlham Əliyev Bolqarıstan prezidentinə başsağlığı verdi

Bu gün Antalyada COP31 Liderlər Zirvəsi keçiriləcək

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla