Yuxarı

“ASALA-nın arxasında kimin olduğu üzə çıxacaq”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
“ASALA-nın arxasında kimin olduğu üzə çıxacaq”

"Bizim inanc nöqtəmizdəki gələcəyi nə şiəlik, nə də sünnilik müəyyən edəcək".

Axar.az xəbər verir ki, bu açıqlama ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.

O, islam ümmətinin parçalanma ərəfəsində olduğunu bildirib:

"Əgər məzhəb anlayışını başqa bir məzhəbə doğru istiqamətləndirmiş olsanız, o zaman islam ümmətini parçalayacaqsınız. Bu gün islam dünyası bölünmək riski ilə qarşı-qarşıyadır. Bunu dayandırmaq lazımdır. Amma əgər kimlərsə daha çox silah satmaq məntiqi ilə hərəkət edirsə, onda bu işi həll etmək mümkün olmayacaq. Bu dəqiqə silah alveri üçün çalışanlar var. Bunun qarşısının alınması üçün fəaliyyət göstərməyimizi istəyirəm. Səudiyyə Ərəbistanı səfərindən sonra bu işi daha effektli etməyə çalışacağam".

Prezident həmçinin "erməni soyqırımı"na görə ASALA-nın dünyanı təhdid etməsinə də aydınlıq gətirib:

"Bu ilin mesajını biz aprelin 23-də İstanbulda keçiriləcək "Sülh zirvəsi"ndə verəcəyik. İlk gün İstanbulda, ardınca isə səhəri gün Çanaqqaladakı şəhidlikdə öz vəzifəmizi yerinə yetirəcəyik. 3-cü gün isə Avstraliya və Yeni Zelandiya rəhbərləri burada şəfəq ayini edəcəklər. İndi isə ASALA hamıya yönəlib, buraya gələcək ölkələrə təhdid yağdırır. Kimin nədən narahat olduğu aydındır. Onların arxasında kimlərin olduğu da ortaya çıxacaq".

Tarix
2015.04.09 / 12:28
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

İlham Əliyev Pezeşkiana zəng etdi

AB Şurasının nümayəndə heyəti Azərbaycana səfər edəcək

İlham Əliyev FİFA-nın prezidentini qəbul etdi - Foto

“Bazar günü nə baş verib?” - Prezidentin sərrast cavabı

Keçmiş deputat vəzifədən azad edilib?

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla