Yuxarı

ABŞ qarın-fırtınanın əsarətində: 9 ölü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlərdə ABŞ-ın bəzi əyalətlərində dəhşətli soyuq və fırtına çoxlu can alıb. 9 adam həyatını itirib.

Ölkənin cənubunda yerləşən Kentukidə baş verən seldə 5 adam ölüb, Arkanzasda sürəti saatda 200 kilometrə çatan qasırğa isə 1 adamın ölümünə səbəb olub.

"Axar.az"ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ölkənin "Great Lakes" (Böyük Göllər) və Nyu İnqlənd (Yeni İngiltərə) bölgələrində qar və buzlanma yaşanarkən, orta qərb əyalətlərində də şiddətli qar həyatı çətinləşdirib.

Qışın ilk günü olaraq qəbul edilən 22 dekabrda qar və şiddətli külək üzündən Miçiqan, Nyu York əyalətinin yuxarı qisimləri və şimali Yeni İngiltərə bölgəsində təxminən 440 min ev və iş yeri elektriksiz qalıb.

Ölkənin müxtəlif bölgələrində davam edən sərt hava şərtlərinə görə 700-dən çox uçuş ləğv edilib, 11 min uçuşun isə gecikə biləcəyi qeyd edilib.

Digər tərəfdən, Kanadanın şərqində də qar və şaxta üzündən təxminən 475 adamın elektriksiz qaldığı bildirilib.

Tarix
2013.12.23 / 11:48
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

Qarabağla bağlı bu planımız noyabra qədər hazır olacaq

Japarov Füzuliyə getdi, Əliyev qarşıladı

Artıq kəndlər qayıdır, proses isə… - Metyu Brayza

Siyarto Bakıda: İclas başladı

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla