Yuxarı

Çindən 3 ölkəyə naməlum bağlamalar göndərildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çindən 3 ölkəyə naməlum bağlamalar göndərildi

Yaponiya, Avstraliya və ABŞ vətəndaşlarına naməlum ünvandan içində toxumlar olan Çin bağlamaları göndərilir.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Yaponiyanın NHK televiziyası yayıb. Məlumata görə, Yaponiyanın bir çox bölgəsinə göndərilən bağlamaları birləşdirən xüsusiyyət xaricdən göndərilməsi, karantin xidmətinin möhürünün olmaması və bəzi bitkilərə aid toxumların olmasıdır.

Məlumatda, həmçinin o da qeyd edilib ki, buna bənzər hal ABŞ və Avstraliyada da qeydə alınıb.

Yaponiyanın karantin xidməti anonim göndərilən bu toxumların təbii balansı poza bilmə və xarici virusların və ya böcəklərin Yaponiyada yetişən bitkilərə ötürülmə riski olduğu üçün əkməməyi israrla tələb edib.

ABŞ-ın 20 ştatına göndərilən sözügedən anonim bağlamaların içindən isə sarımaşıq və kələm toxumları çıxıb.

Bağlamaların üzərində Çin poçtunun simvolları və ünvanları qeyd edilsə də, Çinin Xarici İşlər Nazirliyi onun saxta olduğunu və ölkəsinin bağlamalarla əlaqəsi olması barədə iddiaları təkidlə rədd etdiyini açıqlayıb.

Tarix
2020.08.01 / 23:39
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla