Yuxarı

Avropa yenidən sərhədlərini bağlayır?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avropa yenidən sərhədlərini bağlayır?

Koronavirus pandemiyasının yayılmasından sonra Avropada vəziyyətin ağırlaşması ilə əlaqədar sərhədlərin bağlanması məsələsinin yenidən müzakirə edilməsi istisna olunmur.

Axar.az xəbər verir ki, bu barədə Litva Prezidenti Qitanas Nauseda açıqlama verib.

Dövlət başçısı sərhədlərin yenidən bağlanmasına dair qərarları Avropa İttifaqına (Aİ) üzv ölkələrin birlikdə qəbul etməli olduğunu vurğulayıb:

“Növbəti mərhələ sərhədlərə nəzarətlə bağlı məsələ olmalıdır və bu, ümumavropa səviyyəsində həllini tapmalıdır. Biz Aİ-nin bir çox ölkələrində daxili karantin rejiminin sərtləşdirilməsinin şahidi oluruq və böyük ehtimalla sərhədlərin bağlanması məsələsini yenidən müzakirə etməli olacağıq”.

Prezidentin sözlərinə görə, fransalı turistlərin ikihəftəlik özünütəcrid rejimində qalmaları şərtilə Litvaya girişinə əvvəlki qaydada icazə verildiyi halda, Maltadan gələnlərin ölkəyə girişi qadağandır.

Hazırda Polşa, Niderland, Böyük Britaniya, Sloveniya, Lixtenşteyn, Danimarka, İslandiya, Almaniya, İrlandiya, Kipr, Slovakiya, İtaliya, Yunanıstan, Norveç, Latviya, Estoniya, Finlandiya və Macarıstan vətəndaşlarının Litvaya gəlişinə heç bir məhdudiyyət tətbiq olunmur. Digər əcnəbilərin isə hökumətin nəzərdə tutduğu bir sıra istisnalardan asılı olmayaraq ölkəyə girişinə icazə verilmir.

Tarix
2020.08.04 / 21:53
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan parlamenti TRİPP-i ratifikasiya etdi

Bu, beynəlxalq aləmdə ən böyük təhdiddir - Deputat

TBMM-dən Məkkə Sazişi ilə bağlı ilk qərar

TÜRKPA baş katibi Binəli Yıldırımla görüşdü

İstefadan sonra Saral səhifəsində bunları etdi - Foto

İlham Əliyev Petr Pavelə məktub göndərdi

Dialoq sadəcə diplomatik ünsiyyət vasitəsi deyil

Bakıda İƏT-in mühüm tədbiri başladı

Azərbaycanın dostu da parlamentə düşdü

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla