Yuxarı

İsveçrə təsdiqlədi: Elektrik təyyarələri dövrü başlayır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsveçrə təsdiqlədi: Elektrik təyyarələri dövrü başlayır

İsveçrədə ilk dəfə elektrik motorlu təyyarələr üçün uçuş sertifikatı verilib. Sloveniyanın “Pipistrel” şirkətinin istehsalı olan “Velis Elektro" adlı təyyarələrdən əsasən təlim məqsədilə istifadə olunacaq.

Axar.az xəbər verir ki, avtomobil sənayesinin ardınca aviasiyada da elektrik mühərriklərinin tətbiqi genişlənir. Sloven şirkətinin təqdim etdiyi “Velis Elektro“ modeli isə dünyada yanma mühərriki ilə çalışmayan ilk təyyarədir. Cəmi 600 kiloqram çəkisi olan təyyarə ilə 50 dəqiqəlik uçuş mümkündür. Ekologiyaya heç bir zərər vurmayan bu model yaşayış ərazilərindəki əhalini də narahat etmir, çünki təyyarə havada olarkən mühərrikin maksimal 60 desibel səsini yerdən eşitmək mümkün deyil. Ekoloji təmizliyi və səssiz uçuş imkanı bu təyyarələrin yaxın gələcəkdə geniş tətbiqinə yol aça bilər.

İndiyədək elektrik təyyarələri üçün beynəlxalq sertifikatlaşma həyata keçirilmədiyinə görə, Uçuşların Təhlükəsizliyi üzrə Avropa Agentliyi (EASA) İsveçrə və Fransanın mülki aviasiya təhlükəsizliyi qurumları ilə birlikdə bu prosesi həyata keçirib. 82 at gücündə mühərriklə təchiz olunan təyyarə gələcəkdə mülki aviasiyada yeni dövrün başlanğıcını qoya bilər.

İsveçrənin ”Alpine Airlpanes” şirkəti ümumilikdə 14 təyyarədən ibarət donanması ilə ölkə üzrə on təlim mərkəzində həvəskar pilotların hazırlanmasını həyata keçirəcək.

Tarix
2020.08.04 / 22:55
Müəllif
Axar.az
Digər xəbərlər

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla