Yuxarı

Qafqaz barıt çəlləyinə dönə bilərdi, qoymadıq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qafqaz barıt çəlləyinə dönə bilərdi, qoymadıq

Cənubi Qafqazın barıt çəlləyinə çevrilməsinə izn vermək tamamilə qəbuledilməz idi.

Axar.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibinin müavini Dmitri Medvedyev 2008-ci ildə Gürcüstanla savaşdan danışarkən deyib.

“Bu gün bizim ölkənin Gürcüstanın o zamankı prezidentinin cinayətkar davranışına verdiyi cavabdan 12 il keçir. Məhz buna görə o zaman mən elə də asan olmayan, amma yeganə mümkün olan qərar qəbul etdim. Əvvəlcə Abxaziya və Cənubi Osetiyanı “aqressiyadan” qoruduq, sonra da onların vətəndaşlarının xahişi ilə onların tam müstəqilliklərini tanıdıq. Əks halda Cənubi Qafqaz barıt çəlləyinə çevrilərdi ki, bu da daima qonşu dövlətlərlə sülhün saxlanılması lehinə çıxış edən Rusiya üçün tamamilə qəbuledilməz idi” – deyə o bildirib.

Qeyd edək ki, 2008-ci ildə Rusiya ilə Gürcüstan arasında Cənubi Osetiya uğrunda savaş yaşanıb. Nəticədə Rusiya ordusu Gürcüstan ərazisinə daxil olaraq Cənubi Osetiyanı işğal etmiş və az sonra isə bu qondarma respublikanın müstəqilliyini tanımışdı.

Tarix
2020.08.08 / 14:07
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

İran rejiminin süqutu başlayıbmı?

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla