Yuxarı

ABŞ komandasını darmadağın etdik - Boks

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ komandasını darmadağın etdik - Boks

Bu gün Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasının (WSB) XII turu çərçivəsində "Baku Fires" ABŞ-ın "USA Knockouts" klubu ilə qarşılaşıb.

Albert Səlimov bu görüşdə qələbə qazanıb və 2016-cı ildə keçiriləcək Rio-de-Janeyro Olimpiadasına vəsiqəni təmin edib. Onun rəqibi bu mövsüm 3 görüşü məğlubiyyətsiz bitirən və reytinqdə 7-ci yeri tutan Balderas olub.

APA xəbər verir ki, Murad Rabadanov – Brent Riçard Veneqası, 60 kq-da Albert Səlimov – Karlos Balderası, Pərviz Bağırov - Brayan Keballonu (69 kq), 81 kq. Mixail Dalqalivets – Stiv Nelsonu məğlub edib.

91 kiloqramdan yuxarı çəki dərəcəsində Haci Murtuzəliyev və Kam Avesome arasında nəzərdə tutulan döyüş keçirilməyib. Belə ki, Rəqib ölkəmizə gələ bilmədiyindən "Baku Fires" təmsilçisinə texniki qələbə verilib.

Boksçularımız ümumi hesabda 5-0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Cari çempionatda mübarizənin gərgin keçəcəyinə dəlalət edən səbəblərdən biri də Olimpiya oyunlarına lisenziyaların verilməsidi. WSB liqasından 17 boksçu mövsümün sonunda Rio Olimpiadasına vəsiqə qazanacaq. 49, 91 və +91 kq çəki dərəcələrində 1 idmançı, digər çəkilərdə isə 2 boksçu planetin ən böyük yarışına lisenziya əldə edəcək.

"Baku Fires" ötən mövsüm Dünya Boks Seriyasında yalnız finalda "Cuba Domaderos" klubuna uduzaraq, 2-ci yerə layiq görülüb.

Tarix
2015.04.11 / 22:45
Müəllif
Axar.az
Digər xəbərlər

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla