Yuxarı

Sadvalçı merin qələmi qırıldı: Moskva qərar qəbul edir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sadvalçı merin qələmi qırıldı: Moskva qərar qəbul edir

"Yaxın günlərdə Dərbənd meri İmam Yaraliyev vəzifəsindən getmək haqqında ərizə yaza bilər".

Axar.az xəbər verir ki, bu barədə məlumat Feysbukda "Jemchujina yuqa" səhifəsində yerləşdirilib.

Mənbənin məlumatına görə, Moskva artıq ləzgi merin şəhərin yubileyi öncəsi həyata keçirdiyi fəaliyyətdən narazıdır. Buna görə də, aprelin 15-də Moskvada Dərbəndin yubileyinə hazırlıqla bağlı baş nazirin müavini Aleksandr Xlopinin rəhbərliyi ilə keçiriləcək iclasda Yaraliyevin istefa ilə bağlı təklifinə baxıla bilər.

Qeyd edək ki, Aleksandr Xlopin 2014-cü ilə qədər Rusiya prezidentinin Şimali Qafqaz Federal Dairəsində xüsusi nümayəndəsi olub. Onu bu vəzifədə Sergey Məlikov əvəz edib. Xlopin 2014-cü ildə istefaya getsə də, Şimali Qafqazla əlaqəsini kəsməyib. Bəzi mənbələr onun bu regionda alkoqol biznesinə nəzarət etdiyini bildirirlər.

Onu da xatırladaq ki, aprelin 9-da Dərbənd şəhərində keçirilən iclasda Sergey Məlikov Yaraliyevə müraciət edərək, "mən sizin yerinizdə saxlanılmanız üçün hər gün zəng edib, yalvaran tanışlarınızdan boğaza yığılmışam", - sözlərini söyləmişdi.

Tarix
2015.04.12 / 00:36
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla