Yuxarı

Gürcü prezident telekanalları ittiham etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gürcü prezident telekanalları ittiham etdi

Gürcüstan Prezidenti Salome Zurabişvili ölkənin televiziya kanallarını cinayətkarlıqla bağlı məlumatları daha çox qabartmaqda ittiham edib və onları ciddi tənqid edib.

Axar.az xəbər verir ki, S.Zurabişvili jurnalistlərə müsahibəsində dünyada və Gürcüstanda baş verən cinayətkarlıq hallarını müqayisə edib.

“Cinayətkarlıq müasir dünyanın xəstəliyidir. Gürcüstan da dünyanın bir parçasıdır və bizim ölkədə də digərlərindən fərqli heç nə baş vermir. Mən başqa ölkədə yaşamışam və kriminogen vəziyyətin nə olduğunu yaxşı bilirəm. Bu müasir dünyanı bürüyən təhlükəli xəstəlikdir”, - o deyib.

Zurabişvilinin sözlərinə görə, Gürcüstanda kriminogen vəziyyət televiziya kanallarının təbliğ etdiyi kimi elə də ciddi deyil. Lakin bəzi televiziya kanalları səhərdən axşama qədər ölkədəki kriminogen vəziyyətlə bağlı süjet və xəbər yayırlar. Bu da gənclərə və onların psixologiyasına ciddi mənfi təsir göstərir.

Prezident televiziya kanallarını kriminogen vəziyyətlə bağlı xəbərlərin sayını kəskin azaltmağa çağırıb.

Tarix
2020.08.10 / 01:15
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla