Yuxarı

Şok iddia: İran sərhədində PKK lideri məhv edildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

21:36

PKK lideri Cəmil Bayık Türkiyə Silahlı Qüvvələrinin əməliyyatı nəticəsində öldürülüb.

Axar.az xəbər verir ki, bu barədə “avazturk.com” məlumat yayıb.

İddiaya görə, Türkiyəyə məxsus dron C.Bayıkın olduğu avtomobili İran sərhədi yaxınlığında 29 dəqiqə izlədikdən sonra uğurlu atış icra edib:

“Terrorçu maşından qaçaraq canını qurtarmağa çalışsa da, növbəti atışla məhv edilib. Ətrafdakılar parçalanan cəsədi digər bir avtomobilə yığaraq ərazidən uzaqlaşıb. Həmin maşın da 32 dəqiqəlik müşahidədən sonra dəqiq atışla məhv edilib”.

Əməliyyatda Bayıkla yanaşı, xeyli terrorçunun da öldürüldüyü bildirilib.

***

Terrorçu Cəmil Bayıkın öldürülməsi ehtimalı var, lakin dəqiq deyil.

Bu sözləri AKP-dən olan keçmiş deputat, yazar Şamil Tayyar deyib.

“Əməliyyat öncəsi toplantıda iştirak edəcəyi ilə bağlı kəşfiyyat məlumatı var idi. Toplantıda iştirak edib-etmədiyi bəlli olmadığı üçün məlumat təsdiqlənməlidir. Nəticə nə olursa-olsun, qürurvericidir”, - deyə Tayyar bildirib.

Tarix
2020.08.11 / 23:47
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla