Yuxarı

Ailələr arasında torpaq davası: ən azı 8 ölü var...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ailələr arasında torpaq davası: ən azı 8 ölü var...

Misirin paytaxtı Qahirənin cənubundakı Fayum əyalətində ailələr arasında torpaq davası baş verib.

Axar.az xəbər verir ki, “Əl-Əhram” qəzeti davada iştirak edənlərdən azı 8 nəfərin qətlə yetirildiyi, 35 nəfərin isə yaralandığı barədə məlumat yayıb.

Avtomat silahlardan və tapançalardan atəş açan dava iştirakçıları arasında atışma bir neçə saat davam edib. Hadisə yerinə xüsusi təyinatlı qüvvələr cəlb olunub. Xəstəxanaya çatdırılan yaralılardan üçünün vəziyyəti ağırdır. Polis cinayətdə iştirak etməkdə şübhəli bilinən dörd nəfəri həbs edib.

Misirdə hətta ailədaxili mübahisələr zəminində baş verən münaqişələrdə də odlu silahlardan tez-tez istifadə olunur. Ötən il hökumət 2011-ci ildən bəri qanunsuz yollarla ölkəyə gətirilən və əhalinin əlində olan silahların təhvil verilməsi istiqamətində bəzi tədbirlər həyata keçirib.

Tarix
2020.08.12 / 22:38
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla