CHP-nin baş katibi Kasım Gülək 1962-ci ildə daxili işlər
naziri olacaq Hıfzı Oğuz Bekataya yazdığı bir məktubda İsmət
İnönünün çevriliş edərək Menderesi edam etməyi planlaşdırdığını
bildirib.
Avropa.info xəbər verir ki, Türkiyənin "Yeni Şafak" qəzeti sabiq
baş nazir Adnan Menderesin edamı ilə bağlı arxivdə yatan sənədləri
ictimaiyyətə təqdim edib.
CHP-nin sabiq baş katibi Kasım Güləkin Atatürkün CHP sədri İsmet
İnönü tərəfindən öldürüldüyünü ortaya çıxaran məktubları bir başqa
həqiqəti də işıqlandırıb.
O, məktublarında Baş nazir Adnan Menderes və onun iki naziri
Fatih Rüşdü Zorlu ilə Həsən Polatkanın məhz İsmet İnönünün planı
əsasında edam olunduğunu açıqlayır.
Atatürkün zəhərləndiyinə dair hesabat hazırlayan Daxili İşlər
naziri Hıfzı Oğuz Bekataya məktubunda əvvəlcə bu məsələnin
bağlanması lazım olduğunu bildirən Gülək İnönünün Prezident Cəlal
Bayarı və Baş nazir Adnan Menderesi izlədiyini bildirir.
"Onun Bayarı və Menderesi addım-addım izlədiyini və evlərinə
dinləmə cihazı yerləşdirdiyini, hər şeydən xəbərdar olduğunu
bilirsən..."