Yuxarı

Klinton Azərbaycanla bağlı hansı siyasəti yürüdəcək?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Klinton Azərbaycanla bağlı hansı siyasəti yürüdəcək?

ABŞ-ın növbəti prezidentinin kimliyindən asılı olmayaraq, Vaşinqtonda Azərbaycanla əlaqələrin möhkəmlənməsini istəyirlər.

Bunu Trend-ə ABŞ dövlət katibinin Cənubi Qafqaz üzrə sabiq köməkçisi, Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri Metyu Brayza Hillari Klintonun yeni prezident seçiləcəyi təqdirdə, ABŞ-ın Cənubi Qafqazda siyasətinin dəyişib-dəyişməməsini şərh edərkən bildirib.

Onun sözlərinə görə, Azərbaycan ABŞ-ın işləməyə davam etməli olduğu dost və tərəfdaş ölkədir:

"ABŞ-ın Cənubi Qafqaz, xüsusilə də Azərbaycan üzrə siyasətinin dəyişəcəyini düşünmürəm. Növbəti prezidentin kimin seçiləcəyindən asılı olmayaraq, ABŞ-ın Azərbaycana yanaşması energetika, təhlükəsizlik və islahatlar sahəsində ümumi maraqlara əsaslanıb. İstənilən halda prezident Azərbaycanın simasında ABŞ üçün vacib ölkə görəcək".

H.Klintonun prezident seçiləcəyi təqdirdə, ABŞ-ın Dağlıq Qarabağ münaqişəsi məsələsində siyasətinin dəyişəcəyinə gəlincə, ekspert qeyd edib ki, o, region və onun problemləri ilə yaxşı tanışdır:

"Hillari Klinton ABŞ-ın dövlət katibi olanda mən ATƏT-in Minsk qrupunun həmsədri idim və o, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərlə çox maraqlanırdı. Klintonun dəfələrlə regiona səfər etdiyi məlumdur. Onun prezident seçiləcəyi təqdirdə, münaqişənin nizamlanması ilə bağlı konkret hansı addımlar atacağını indidən deyə bilmərəm, lakin qeyd edə bilərəm ki, Klinton güclü analitik zəkaya malikdir, məsələlərlə yaxşı tanışdır".

Tarix
2015.04.13 / 15:38
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla