Yuxarı

“Zaman” qəzeti ilə heç bir əlaqəmiz yoxdur”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Türkiyənin "Zaman" qəzeti ilə heç bir əlaqəmiz yoxdur. Bizim təsisçimiz ayrı adamdır".

Bu sözləri "Axar.az" saytına açıqlamasında "Zaman Baku" qəzetinin redaktoru Anar Qaraxancallı "Zaman" qəzetinə qarşı Türkiyədə qoyulan qadağalarla bağlı danışarkən dedi. O, bildirdi ki, çap etdikləri qəzetin Türkiyədə çap edilən qəzetlə hüquqi bağlılığı və əlaqələri yoxdur:

"Zaman Baku"nun təsisçisi azərbaycanlıdır. "Zaman Azərbaycan MMC" adı ilə qeydiyyatdan keçmişik. Bizim Türkiyədəki "Zaman" qəzeti ilə əlaqələrimiz ancaq partnyorluq səviyyəsindədir. Məsələn, "Azərtac" hər hansı bir agentliklə müqavilə bağlayıb əməkdaşlıq edirsə, bizim əməkdaşlığımız da o cürdür. Başqa heç bir əlaqədən söz gedə bilməz. Biz onlardan ayrı şirkətik".

Xatırladaq ki, Türk Hava Yolları nur camaatının rəsmi mövqeyini əks etdirən "Zaman" və "Todays Zaman" qəzetlərinin öz təyyarələrində paylanmasına rəsmən qadağa qoyub.

Tarix
2013.12.23 / 16:37
Müəllif
Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdamda Şahbulaq qalasında...

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla