Yuxarı

Rusiya Avropanı hədələdi: “Kəsərik…”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya Avropanı hədələdi: “Kəsərik…”

"Qazprom"un sədri Aleksey Miller "Türk axını"na mane olmaq üçün Rusiya qazının Ukrayna üzərindən keçməsinə çalışan Avropa ölkələrinə xəbərdarlıq edib.

Axar.az Sputnik-ə istinadən xəbər verir ki, Miller bu sözləri "Valday" beynəlxalq diskussiya klubunda çıxışı zamanı deyib. Onun sözlərinə görə, Avropa ölkələri "Türk axını"na mane olarsa, Avropaya qaz nəqli birdəfəlik dayandırıla bilər:

"Cənub axını" layihəsinin əngəllənməsində əsas məqsəd yalnız Ukrayna üzərindən enerji daşınmasını təmin etmək idi. Bəziləri "Türk axını"nı da blok etməyi düşünürsə, böyük səhv etmiş olur. Ukrayna ilə tranzit anlaşması 2019-cu ildə sona çatacaq. Bundan sonra isə "Qazprom" "Türk axını" vasitəsilə nəqli davam etdirəcək. Bizim rəqabətdəki üstünlüyümüz ondan ibarətdir ki, məcbur olsaq, fasilə verə bilərik. Bu fasiləni də istədiyimiz qədər uzada bilərik".

"Qazprom"un Avropa strategiyasından çıxaraq Avrasiya strategiyasına keçdiyini deyən Miller gələcəkdə qiymətin Asiyada müəyyənləşəcəyini deyib:

"Strateji planımız ani deyil, uzunmüddətli işimizin bir nəticəsidir. Önümüzdəki 10 ildə Avropa bazarındakı qiymət meyarı Asiya bazarı ilə eyni olacaq".

Tarix
2015.04.13 / 23:54
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla