Yuxarı

Zəlzələ xəbərdarlığı: İstanbulda 200 min insan ölə bilər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnşaat mühəndisi professor Məhməd Fateh Altan "mümkün bir İstanbul zəlzələsinin ayaq səslərini eşidirəm, amma hazır deyilik" açıqlaması ilə Türkiyəni gözləyən yeni təhlükədən danışıb.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, Mərmərə zəlzələsinin 21-ci ildönümü ərəfəsində açıqlama verən Fateh Altan 7,5 bal gücündə gözlənilən zəlzələdə 200 min insanın ölə biləcəyini bildirib.

Altan Şimali Anadolu fay xəttinin Türkiyə üçün önəmli olduğunu vurğulayıb:

"Bu xətt üzərində şərqdən qərbə bəlli vaxtlarda zəlzələlər olub. Hazırda sürüşmə qərbə doğru davam edir. Böyük İstanbul zəlzələsindən 21 il keçdi. Amma hələ də hazırlıqlı deyilik. Artıq İstanbul zəlzələsinin ayaq səslərini eşidirəm. Ciddi tədbirlər görsək, İstanbulu fəlakətdən xilas edə bilərik".

Onun sözlərinə görə, şəhərlər, yenidənqurma planları, inşa edilən mənzillər, miqrasiya fəlakət risklərinə uyğun planlaşdırılmalıdır.

Kocaeli zəlzələsinə diqqət çəkən Altan bu ərazidə əhali sayının az olduğunu, İstanbul zəlzələsinin bundan onqat daha artıq insanın ölümünə yol aça biləcəyini vurğulayıb:

"İstanbulda inşa edilən binaların 85 faizi zəlzələyə davamsızdır. Hər binanı söküb yenidən inşa edə bilmərik. Amma tikililəri gücləndirə bilərik. Bəzi binaları zəlzələdən belə xilas edə bilərik. Xalqın bununla bağlı maarifləndirilməsi çox önəmlidir. Vətəndaşlar zəlzələyə davamsız evlərini boşaltsınlar, evdəki əşyaları divarlara bağlasınlar. Binaların layihələndirilməsi və tikitisi zamanı yer, tikinti materiallarının seçimi, montaj və s. mərhələlərdə diqqətli olmaq lazımdır".

Tarix
2020.08.16 / 19:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla