Yuxarı

Almaniya ordusuna kiber-hücum edildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada ötən həftə ölkənin Silahlı Qüvvələrinə daşıma xidmətini həyata keçirən qurumun rəsmi internet saytı naməlum şəxslər tərəfindən haker hücumuna məruz qalıb.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, internet piratları hərbçilərlə yanaşı, Bundestaq deputatları və siyasətçilərin şəxsi məlumat bazasına çıxış əldə ediblər.

Almaniya ordusunun “BW-Fuhrpark Service GmbH” xidmətinin İT şəbəkəsinə haker hücumu Müdafiə Nazirliyi tərəfindən də gec də olsa, təsdiqlənib. Nazirliyin nümayəndəsinin verdiyi açıqlamada insidentlə bağlı araşdırma aparıldığı bildirilib.

“Hücumun hədəfi və miqyası hələ ki, bizə məlum deyil. Bundan başqa, sızıntı olub-olmaması, yaxud məlumatların ələ keçirilməsi faktı araşdırılır”, - deyə, nazirliyin Bundestaq deputatlarına göndərdiyi xüsusi məlumatda bildirilir.

Xatırladaq ki, 2015-ci ildə Almaniya parlamentinin saytının serverinə də bənzər həmlə həyata keçirilmiş, nəticədə bir çox deputatın şəxsi yazışmaları, məxfi sənədlər hakerlər tərəfindən oğurlanmışdı. Almaniya hökuməti həmin insidentlə bağlı rəsmi olaraq Rusiya hərbi kəşfiyyatını ittiham edirdi.

Tarix
2020.08.16 / 21:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla