Yuxarı

Ərdoğandan Papaya möhtəşəm cavab - Xəbərdarlıq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğandan Papaya möhtəşəm cavab - Xəbərdarlıq

"Papanı qınayır və xəbərdarlıq edirəm, yəqin ki, bu cür səhvlər bir daha etməz".

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Bir məsələyə toxunmaq məcburiyyətindəyəm. Papanın ermənilərin yüz il əvvəl müsəlmanlar başda olmaqla, regionumuzdakı hər kəslə birlikdə yaşadıqları acıları soyqırım kimi qiymətləndirməsindən son dərəcə təəssüflənirəm. Tarixi hadisələrin öz məcrasından çıxarıb, ölkəmiz əleyhinə bir kampaniya halına gətirilməsinə icazə verməyəcəyik. Bir italyan Aİ nümayəndəsi çox gözəl bəyanat verib və bildirib ki, biz erməni məsələsi ilə məşğul olmuruq; biz Türkiyənin hər sahədəki mövcud çıxışını izləyirik, biz buna baxarıq.

Qafqazda çərkəzlərin, Krımda tatarların yaşadığı faciələrə ürəyimiz yandığı kimi, ermənilərin də məruz qaldığı çətinlikləri bilir və kədərlənirik. Ermənilər ölkəmizdə olarkən, Osmanlı övladlarını şəhid etdilər. Bu gün erməni məsələsini müzakirə etmək istəyiriksə, hadisələri gerçək şəkildə ortaya qoymağımız lazımdır. Bu da tarixçilərin işidir. Biz bütün arxivlərimizi açırıq. Ermənistan da arxivlərini açsın, sənədlərini ortaya qoysun. Biz Silahlı Qüvvələrimizin arxivlərini də açmağa hazırıq", - Ərdoğan bildirib.

Tarix
2015.04.14 / 21:25
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla