Yuxarı

Ankara narahatdır: Obama Papanı təkrarlayacaqmı?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ankara narahatdır: Obama Papanı təkrarlayacaqmı?

Papa Fransiskin 1915-ci il hadisələri ilə bağlı "soyqırım" ifadəsini işlətməsi rəsmi Ankaranı ABŞ Prezidenti Barak Obama məsələsində hərəkətə keçirib. Ankara Obamanın bu məsələdə Papanın mövqeyini təkrarlayacağından qorxur.

Axar.az Türkiyənin "Hürriyyət" qəzetinə istinadən xəbər verir ki, bu ilin əvvəlindən rəsmi Ankara başda ABŞ olmaqla Qərb ölkələrində erməni diasporu ilə İrəvan rəhbərliyinin "soyqırım" siyasətinə qarşı mübarizə aparır.

Bənzər mübarizəni Vatikanda da aparan Ankara Papanın "soyqırım" ifadəsini işlətməyəcəyinə ümid edirdi. Lakin Papa Fransiskin 1915-ci il hadisələri ilə bağlı "soyqırım" ifadəsini seçməsi Ankarada "Obama Papanın mövqeyini davam etdirərmi" sualını gündəmə gətirib.

Səlahiyyətli bir şəxs isə qəzetə açıqlamasında bunları deyib:

"ABŞ-dakı erməni diasporu Papanı nümunə göstərərək, Obama administrasiyasına ötən illərə nisəbətən daha çox təzyiq edəcək. Biz də başda Vaşinqton səfirliyimiz və qeyri-hökumət təşkilatlarımız olmaqla lazım olanı edirik. ABŞ-ın regiondakı ən önəmli müttəfiqini itirəcək bir mövqe nümayiş etdirəcəyini düşünmək belə istəmirik".

Qeyd edək ki, Obama 7 illik prezidentliyi dövründə ermənilərdən gələn təzyiqlərə baxmayaraq, "erməni soyqırımı" əvəzinə ermənicə "Meds Yeghern" (Böyük fəlakət) ifadəsini işlədib.

Tarix
2015.04.15 / 09:36
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla