Yuxarı

Tiflisdən mühüm qərar: “İsgəndər” ram edilir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan həqiqətən Fransadan raketdən müdafiə sistemlərinin alınması ilə bağlı danışıqlar aparır".

Axar.az xəbər verir ki, bu açıqlama ilə Gürcüstanın Müdafiə naziri Mindiya Canelidze çıxış edib.

Onun sözlərinə görə, alınacaq sistemlər "İsgəndər" raketlərini yaxalamaq qabiliyyətinə sahibdir. Canelidze hazırda bununla bağlı təkcə Fransa ilə yox, digər partnyor dövlətlərlə də danışıqlar apardıqlarını bildirib.

Bəzi mənbələr isə Tiflisin SAMP/T raketdən müdafiə sistemlərinə meyilləndiklərini söyləyiblər. Bu sistemlərin tərkibinə Aster-30 raketləri daxildir. Onlar təyyarəni 25 kilometr yüksəklik və 100 kilometr uzaqlıqda vurmaq qabiliyyətinə sahibdirlər. Bundan əlavə, alınması nəzərdə tutulan sistemlər "Toçka-U" raketlərini 35 kilometr radiusunda yaxalaya bilir.

Qeyd edək ki, bir müddət öncə Gürcüstanın eks-müdafiə naziri İrakli Alasaniya istefaya məhz bu raket sistemləri ilə bağlı müqaviləyə imza atdığına görə göndərildiyini bildirmişdi. O, həmçinin rəsmi Tiflisin bu sistemlərə yiyələnmək niyyətində olmadığını söyləmişdi.

Tarix
2015.04.15 / 15:18
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla