Yuxarı

Bərzani: “İŞİD-i ancaq belə məhv etmək olar”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bərzani: “İŞİD-i ancaq belə məhv etmək olar”

İraq Kürdüstan muxtariyyətinin rəhbəri "İslam xilafəti" ilə mübarizədən danışıb. Məsud Bərzani peşmərgənin terrorçularla mübarizədə zəfər çaldığını və bir çox ərazilərin azad olunduğunu açıqlayıb.

Axar.az xəbər verir ki, Bərzani İŞİD təhlükəsinin davam etdiyini də vurğulayıb. Onun sözlərinə görə, Ninova və Sincar bölgələrində bəzi ərazilər hələ də "İslam dövləti" tərəfdarlarının nəzarətindədir.

Kürd rəhbərliyi söyləyib ki, bu regionların terrorçulardan azad olunması yalnız Mosul şəhərini işğaldan xilas etməkdən asılıdır. O, türkmanların yaşadığı bu qədim İraq şəhərinin açar olduğunu bildirib.

Qeyd edək ki, iyundan Mosul vəhhabi-terrorçu qüvvələrin işğalındadır. Bu qüvvələr İslam dövləti qurmaq adı ilə şəhərləri xarabalığa çevirir, dinc insanları qətlə yetirir, başlarını kəsir, edam görüntülərini sosial şəbəkələrində yayırlar.

Tarix
2015.04.17 / 11:52
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

Sahibə Qafarova bu türk ölkəsinə getdi

Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan

Bayramovla ABŞ rəsmisi arasında kritik görüş

Kvrivişvili İlham Əliyevlə görüşündən danışdı

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

Azərbaycan və Gürcüstan hərbi əməkdaşlığı müzakirə etdi

Paşinyan Azərbaycanla delimitasiya prosesindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla