Yuxarı

Almaniya “soyqırım”dan imtina etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Almaniya “soyqırım”dan imtina etdi

Alman hökuməti 24 apreldə 1915-ci il hadisələri ilə bağlı yayacağı bəyanatda soyqırım ifadəsini işlətməyəcək.

Axar.az xəbər verir ki, alman hökumətinin bu qərarı parlamentdə etirazla qarşılanıb. Federal Məclisin Xarici İşlər Komissiyasının sədri Norbert Rötgen alman hökumətini bu qərarına görə tənqid edib. O, "Tagesspiegel" qəzetinə açıqlamasında hökuməti "taktiki" davranmaqda günahlandırıb.

Xristian Demokrat Birliyinin üzvü Erika Steinbax isə hökuməti bitərəf davranmaqdan əl çəkməyə çağırıb.

Bu arada Almaniya hökumətini İrəvanda ölkənin Xarici İşlər Nazirliyinin rəsmisi Maykl Rozun təmsil edəcəyi açıqlanıb.

Qeyd edək ki, Berlində aprelin 23-də 1915-ci il hadisələri ilə bağlı mərasim baş tutacaq. Mərasimdə Almaniya Prezidenti Yoahim Qauk da iştirak edəcək. Qaukun hansı ifadəni işlədəcəyi isə hələlik bəlli deyil.

Tarix
2015.04.18 / 13:27
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla