Yuxarı

Şok: Polis polis dostunu öldürüb yandırdı - Bakıda

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şok: Polis polis dostunu öldürüb yandırdı - Bakıda

Azərbaycanda tükürpədici cinayət hadisəsi baş verib.

Avropa.info-nun bölgə müxbirinin verdiyi məlumata görə, İmişli Rayon Polis İdarəsinin əməkdaşlarından birinin Bakıda yanmış vəziyyətdə meyiti tapılıb.

Məlumata görə, İmişli Rayon Polis İdarəsinin əməkdaşı Kazımov Muxtar Nəcəf oğlu bir neçə gün öncə avtomobil almaq məqsədilə Rabil adlı polis əməkdaşı olan dostu ilə Bakıya gəlib.

Onlar Bakıya gələrkən M.Kazımovun üzərində 12500 dollar miqdarında pul olub.

Daha sonra M.Kazımov Bakı şəhərində yoxa çıxıb. Bu gün Bakıda tapılan naməlum kişi meyitinin üzərində araşdırma aparan tibbi ekspertiza meyitin M.Kazımova aid olduğunu müəyyən edib.

Əldə olunan məlumata görə, M.Kazımov qətlə yetirildikdən sonra meyiti yandırılıb.

İmişli polisindən əldə etdiyimiz məlumata görə, onunla Bakıya gələn Rabil adlı polis əməkdaşı hazırda şübhəli şəxs qismində saxlanılıb. Rabil adlı polis əməkdaşının əvvəl verdiyi ifadələrlə təhlükəsizlik kamerasının qeydləri arasında uyğunsuzluq olduğu aşkarlanıb. Hazırda istintaq hərəkətlərinin davam etdirildiyi bildirilir.

Tarix
2015.04.18 / 20:39
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla