Yuxarı

Fransa gəmisi yenidən ABŞ-a doğru üzür - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fransa gəmisi yenidən ABŞ-a doğru üzür - Foto

Fransanın "Ermion" gəmisi yenidən Atlantik okeanının sularındadır. ANS-in məlumatına görə, gəminin Amerika Birləşmiş Ştatların doğru istiqamət götürməsi Fort Vobon limanında atəşfəşanlıqla qeyd olunub.

Həvəskar gəmiçilərin 17 il müddətində ərsəyə gətirdikləri gəmi xarici görünüşünə görə "Ermion" gəmisinin əslindən fərqlənmir.

"Ermion" gəmisi 1780-ci ildə Amerika Birləşmiş Ştatlarında yerli əhali ilə Böyük Britaniya müstəmləkəçiləri arasında gedən döyüşlər zamanı amerikalılara kömək məqsədilə Fransadan Amerika Birləşmiş Ştatlarına yola düşmüşdü. Gəminin kapitanı general Jilber Lafayet idi.

Həvəskarlar gəmini ərsəyə gətirmək üçün 30 milyon dollar məbləğində pul xərcləyiblər.

Gəmi plana görə, iyun ayında Amerika Birləşmiş Ştatları sahillərinə çatacaq. İyulun 4-ündə isə Nyu York şəhəri limanında gəmidə Amerikanın müstəqillik günü qeyd olunacaq.

1780-ci ildə Lafayet həmin dönəmdə müstəqillik mübarizəsi aparan Corc Vaşinqtona hərbi qüvvə və silah-sursat gətirmişdi. Vaşinqton 3 il sonra müharibəni qələbə ilə başa vurdu.

Fransa Prezidenti Fransua Oland "Ermion" gəmisini şah əsər adlandırmışdı.

Tarix
2015.04.19 / 12:10
Müəllif
Axar.az
Digər xəbərlər

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla