Yuxarı

Plazma müalicəsi korona ölümlərini azaldırmı?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanın əsas tibbi tədqiqat qurumu olan Tibbi Araşdırmalar Mərkəzinin mütəxəssisləri konvalesent plazma müalicəsinin COVİD-19 səbəbindən ölüm hallarının qarşısını almağa kömək etmədiyini düşünürlər.

Axar.az xəbər verir ki, bu barədə mərkəzin mütəxəssislərinin Medrxiv səhiyyə saytında yerləşdirilən araşdırmalarının nəticəsində qeyd olunur. Hindistanlı mütəxəssislər aprel-iyul aylarında ölkənin 39 xəstəxanasında apardıqları araşdırma və müşahidələr nəticəsində plazma müalicəsinin COVİD-19 səbəbindən ölüm hallarını azaltmamaqla yanaşı, ağır xəstələrin müalicəsində də səmərəsiz olduğu qənaətinə gəliblər. Araşdırma zamanı vəziyyəti orta olan COVİD-19-a yoluxmuş 1210 pasiyent iki qrupa bölünüb. Birinci qrup xəstələrə 24 saat fasilə ilə iki dozada plazma vurulub, ikinci qrup pasiyentlər isə adi qaydada yaxşı müalicə alıblar. Hər iki qrup üzrə müalicənin başlamasından 28 gün sonra xəstəliyin ağırlaşması və ölüm sayı nəzərə alınaraq, ilkin rəy verilib. Plazma müalicəsi alanların 13,6 faizi ölüb, 7,2 faizinin vəziyyəti ağırlaşıb, adi qaydada müalicə alanların isə 14,6 faizi ölüb, 7,4 faizinin vəziyyəti pisləşib. Mütəxəssislər qeyd olunan rəqəmlərdəki çox cüzi fərqi əsas götürərək, plazma müalicəsinin gözlənilən səmərəni vermədiyini qeyd ediblər.

Plazma indiyədək bir çox infeksion xəstəliklərin müalicəsində istifadə olunub. Burada əsas fikir odur ki, əgər kimsə virusa yoluxub və sağalıbsa, bu zaman onun orqanizmində müəyyən anticisimlər formalaşıbsa, həmin anticisimlər digər şəxslərin də sağalmasına kömək edə bilər. Müxtəlif viruslara qarşı təcrübədən keçirilən həmin üsul heç də həmişə işə yaramır. COVİD-19 virusu ortaya çıxandan bəri bəzi ölkələrdə plazma müalicəsi də tətbiq olunur.

Tarix
2020.09.10 / 20:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əskipara sakinləri narahatdır: Getmək istəmirik - Video

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla