Yuxarı

Uzun müddət sonra ABŞ-dan Pekinə ilk təyyarə uçdu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Uzun müddət sonra ABŞ-dan Pekinə ilk təyyarə uçdu

COVİD-19 pandemiyası başlayandan bəri ilk dəfə olaraq ABŞ-ın bir şəhərindən Pekinə birbaşa sərnişin təyyarəsi uçuşu həyata keçirilib.

Axar.az xəbər verir ki, San Fransisko şəhərindən olan çarter uçuşu Çindəki ABŞ Ticarət Palatasının (AmCham) “İşə qayıdıram” layihəsi çərçivəsində baş tutub. Palataya daxil olan bir neçə ABŞ şirkətinin 87 əməkdaşı həmin uçuşla Çinə qayıdıb.

Bildirilir ki, əvvəlcə uçuşun avqustun 28-də reallaşdırılması nəzərdə tutulmuşdu. Amma sərnişinlərin viza əldə etməsi və COVİD-19 testi verməsi üçün onun vaxtı dəyişdirilib.

Qeyd edək ki, Çin Mülki Aviasiya Administrasiyası xaricdən virus axınını azaltmaq üçün martda beynəlxalq uçuşları xeyli dərəcədə məhdudlaşdırmışdı. Paytaxt Pekin üçün nəzərdə tutulan bütün təyyarələr isə digər şəhərlərin hava limanlarında qəbul edilirdi. Administrasiya sentyabrın əvvəlində uzun fasilədən sonra paytaxtın hava limanlarının beynəlxalq uçuşları qəbul etməsinə icazə verib.

Tarix
2020.09.14 / 21:16
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla