Yuxarı

İrandan qisas iddialarına cavab

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrandan qisas iddialarına cavab

ABŞ rəsmilərinə beynəlxalq aləmdə İran əleyhinə təbliğatı və köhnəlmiş metodlara müraciət etməyi dayandırmağı məsləhət görürük.

Axar.az "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Seyid Xətibzadə ABŞ-ın Cənubi Afrikadakı səfiri Lana Marksa sui-qəsd təşkili ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən söyləyib.

XİN sözçüsü “Politiko” qəzetinin qərəzli şəkildə yalan xəbər yaydığını, ölkəsinin beynəlxalq birliyin məsul üzvü olaraq beynəlxalq diplomatik prinsip və normalara sadiq qaldığını sübut etdiyini bildirib.

ABŞ-ı dövlətlərin ərazi bütövlüyünü pozmaqda ittiham edən Xətibzadə iranlı general Qasım Süleymaninin də qorxaqcasına öldürüldüyünü vurğulayıb.

Qeyd edək ki, "Politiko" qəzeti İran hakimiyyətinin Qasım Süleymaninin qətlinə cavab olaraq ABŞ-ın Cənubi Afrikadakı səfiri Lana Marksa qarşı sui-qəsd təşkil etmək ehtimalını nəzərdən keçirdiyi barədə məlumat yayıb.

Tarix
2020.09.14 / 23:31
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

İlham Əliyev Maya Sandu ilə görüşdü - Foto

Nausedadan Bakı və İrəvanla bağlı açıqlama

İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir

Prezident Dublindəki Konqres Mərkəzinə gəldi - Video

İlham Əliyev İrlandiyada səfərdədir: Zelenski ilə görüşdü

İrəvan TRİPP-ə görə bu qanunu dəyişir

General qızının 3 ay öncəki davası - Video

Əliyevlə Ərdoğan Antalyada bunu nümayiş etdirdilər - Yılmaz

Yeni Konstitusiyanın qəbulu Ulu Öndərin adı ilə bağlıdır

Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla