Yuxarı

Rusiyaya giriş qaydaları asanlaşdırıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyaya giriş qaydaları asanlaşdırıldı

Rusiya hökuməti xarici ölkə vətəndaşlarının ölkəyə giriş qaydalarını sadələşdirib.

Axar.az xəbər verir ki, Baş nazir Mixail Mişustin Nazirlər Kabinetinin iclasında Rusiya vətəndaşlığına malik qohumları olan əcnəbilərin vizanı sadələşdirilmiş qaydada ala biləcəklərini deyib.

Onun sözlərinə görə, burada qohum dedikdə həyat yoldaşı, valideyn, övlad, bacı-qardaş, nənə və baba, həmçinin nəvə nəzərdə tutulur.

“Belə qohumlar vətəndaşımızın sadə yazılı ərizəsi əsasında bir ilə qədər müddətə fərdi vizalar ala biləcəklər”, - deyə Rusiyanın Baş naziri bildirib.

Həmçinin xarici ölkə vətəndaşlarının viza almaq hüququnu qorumaq üçün hər üç aydan bir ölkədən çıxması barədə qayda da qanunvericilikdən çıxarılacaq.

Tarix
2020.09.16 / 20:57
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

Ukraynada həbsdə olan Misir Qasımlı azad edilir?

Kestutis Budris Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla