Yuxarı

QRU-nun “erməni siyahısı”: İrəvan araşdırmaya başladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
QRU-nun “erməni siyahısı”: İrəvan araşdırmaya başladı

Ermənistan Milli Təhlükəsizlik Xidməti “Dosye Mərkəzi”nin (“Dossier.center” saytı) yayımladığı siyahıda yer alan istənilən fakta qiymət verəcəyini bildirib.

Axar.az xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Argişti Kərəmyan deyib.

“Təbii ki, ilkin araşdırma artıq başlanıb, amma hazırkı anda bununla bağlı heç nə deyə bilmərəm”, – deyə o bildirib.

Qeyd edək ki, Mixail Xodorkovskinin “Dosye Mərkəzi” Rusiyanın Ermənistanda çoxlu sayda agentinin olduğunu və onların Paşinyanı izlədiyini açıqlamışdı. Yayımlanan siyahıda həmçinin Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbərləri Georgi Kutoyan, Karlos Petrosyan və Artur Vanetsyanın Kremlə bağlı olduğu haqda iddialar irəli sürülmüşdü.

Xatırladaq ki, analoji siyahı Azərbaycanla bağlı da dərc edilmişdi. Siyahıda “Kremlin maraqları naminə istifadə üçün təklif edilən” adlar açıqlanmışdı.

DTX sözügedən siyahının cəfəngiyyat olduğu haqda rəsmi açıqlama yaydı.

Tarix
2020.09.21 / 15:12
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Gürcüstandan Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan-AB münasibətlərində yeni mərhələ...

Transsərhəd çaylarla bağlı xəbərlərə irad

Bakı Dublində qəbul edilən üç mühüm sənədə qoşulmadı

Putinin buna razılıq verəcəyini gözləyirik - Merz

İlham Əliyev dəyirmi masada iştirak etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla