Yuxarı

Çarukyanın məhkəməsi nəticəsiz bitdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

13:37

İrəvan məhkəməsində Çiçəklənən Ermənistan Partiyasının sədri Qagik Çarukyanın həbsi məsələsinə baxılır.

Axar.az xəbər verir ki, bu məlumatı “Nyus.am” saytı yayıb. İclasın Kentron iqamətgahında hakim Mnatsakan Martirosyanın sədrliyi ilə keçirildiyi vurğulanıb.

Qeyd edək ki, bundan öncə Ermənistan Baş prokuroru parlament qarşısında Çarukyanın məsuliyyətə cəlbi üçün toxunulmazlığının ləğvi ilə bağlı müraciət etmişdi. Parlament buna razılıq vermişdi.

Çarukyan seçicilərin satın alınmasında ittiham edilir. Çarukyan bu ittihamları rədd edir.

Bir neçə gün öncə isə Ermənistanın üç müxalif partiyası – Daşnaksütyun, Çiçəklənən Ermənistan və Vətən partiyaları birləşərək, oktyabrın 8-də İrəvandakı Azadlıq meydanında Paşinyanın istefası tələbi ilə etiraz aksiyası təyin etmişdilər. Aksiyaların davamlı olacağı elan edilmişdi.

***

Çiçəklənən Ermənistan Partiyasının liderinin həbsi məsələsi ilə bağlı məhkəmə iclası baş tutmayıb.

İttihamçı tərəfin vəsatəti əsasında iclas təxirə salınıb. Buna əsas səbəb kimi Çarukyanın vəkillərinin lazımi səviyyədə məlumatlandırılmadığı göstərilib.

Tarix
2020.09.23 / 16:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla