Yuxarı

Paşinyanın 5 milyon yalanı: Bütün erməniləri köçürsək də...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda yaxın gələcəkdə doğum səviyyəsi nəinki artacaq, hətta azalacaq.

Axar.az xəbər verir ki, bunu erməni demoqraf Artak Markosyan deyib.

“Bu ildə biz doğum tempinin azalmasını gözləyirik. Məsələ odur ki, hazırda nikaha 90-cı illərdə doğulanlar girirlər. Bu illərdə doğum səviyyəsi 80-ci illərlə müqayisədə kəskin azalıb, ölkədən rekord həcmdə - 490 min nəfər gedib”, – deyə o bildirib.

Markosyan Ermənistanda inqilabdan sonra da əhalinin sayının azaldığını söyləyib:

“2019-cu ildə 2018-ci illə müqayisədə əhali sayı 6100 nəfər azalıb. Əgər Nikol Paşinyanın dediyi kimi, Ermənistanda 2050-ci ildə 5 milyon əhali yaşasa, o zaman xalqın 1,3 milyon nəfəri başqa millətlərin nümayəndələri olacaq”.

Başqa bir erməni demoqraf Ruben Yeqanyan 2050-ci ildə əhali sayının 5 milyona çatdırılması üçün Ermənistana başqa ölkələrdən köçürülən ermənilərin sayının artırılması planının qeyri-real olduğunu deyib:

“Miqrasiyanın davam etdiyi ölkəyə immiqrasiyadan bəhs etmək məntiqsizdir. Əlavə olaraq biz həyat üçün faydalı şəraitin olmadığı ölkədən bəhs edirik”.

Qeyd edək ki, bundan öncə Ermənistan Baş naziri Nikol Paşinyan 2050-ci ildə ölkə əhalisinin 5 milyon nəfərə çatdırılacağını bildirmişdi.

Tarix
2020.09.24 / 12:18
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla