Yuxarı

Ukraynada hərbi təyyarə qəzaya uğradı: 25 ölü - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukraynada hərbi təyyarə qəzaya uğradı: 25 ölü - Video

22:45

Ukraynanın Xarkov vilayəti yaxınlığında təyyarə qəzaya düşüb.

Axar.az xəbər verir ki, bu barədə “Strana” saytı məlumat yayıb.

“Xarkov vilayətinin Çuquyeva rayonu yaxınlığında təyyarə qəzaya uğrayıb. Ehtimal olunur ki, qəzaya uğrayan An-26 hərbi-nəqliyyat təyyarəsidir”, - məlumatda qeyd olunub.

***

Ukrayna Hərbi Hava Qüvvələri komandanlığı qəzaya uğrayan təyyarənin An-26 olduğunu təsdiq edib.

Təyyərədə 5 heyət üzvü və 18 kursant olub. Qəza nəticəsində 18 nəfər ölüb, 2 nəfər yaralanıb.

***

Xarkov vilayətində baş verən təyyarə qəzası zamanı ölənlərin sayı 22-yə çatıb. 2 nəfər yaralanıb, 4 nəfər isə itkin düşüb.

Bunu Xarkov vilayət administrasiyasının rəhbəri Aleksey Kuçer deyib.

“Hadisə yerindəyəm. Məlumata görə, təyyarədə 28 nəfər olub. Onlardan 7-si zabit, 21-i isə kursant olub. Yaralılardan birinin vəziyyəti ağırdır. 4 nəfərin aqibəti məlum deyil”, - Kuçer yazıb.

***

Qəza nəticəsində ölənlərin sayı 25-ə çatıb.

Bu barədə Ukrayna Baş Prokurorluğundan məlumat verilib.

Tarix
2020.09.26 / 01:09
Müəllif
Anar Əhmədov
Digər xəbərlər

Kamboca baş naziri Azərbaycana gəldi

Tramp Ukraynaya ən dəhşətli xəyanətini etdi - KİV

Məktəblərdə geyim qaydaları... - QHT Forumu çağırış etdi

Uşaqlarını hicaba məcbur edən valideynlər... - Xalq şairi

Trampın Zelenski barədə bu sözləri... - Putinin nümayəndəsi

Trampın sərt açıqlaması: Zelenski dərhal onunla danışdı

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla