"Rusiya rəhbərliyi xüsusi xidmət orqanlarının zəif
yerlərini aradan qaldırıb, ancaq bu, onlara Qərblə soyuq müharibədə
qələbə qazanmağa kömək etməyəcək".
Axar.az xəbər verir ki, bu sözləri Senzor.net saytının baş
redaktoru Yuri Butusov bildirib.
Jurnalist Butusov fikrini belə əsaslandırıb: "Sovet Dövlət
Təhlükəsizlik Komitəsi zəiflər sırasında idi. Əməkdaşları az maaş
alır, xüsusi əməliyyatları keçirməyə kömək etmirdi. Beynəlxalq
əməkdaşlıq təşkilatları Dövlət Təhlükəsizlik Komitəsinə tabe
olmurdu, Kommunist Partiyası bununla məşğul olurdu. Hal-hazırda
Rusiya rəhbərliyi Brejnev quruluşunun sütununu saxlamaqla, bütün
səhvləri tamamilə düzəltdi. Xüsusi xidmət orqanlarının zabitlərinin
maaşları və statusu həddindən artıq artırıldı. Ancaq bu, Qərblə
soyuq müharibədə qalib gəlməyə imkan verməyəcək. Onlar anlamırlar
ki, bu, xüsusi xidmət orqanlarının müharibəsi deyildi, bu, dövlət
sistemlərinin müharibəsi idi. Onlar buna məhəl qoymurdular və indi
də buna məhəl qoymurlar. Buna görə də Rusiya uduzacaq".