Yuxarı

Ağalarov: “Real dəyişiklik baş vermədi”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ağalarov: “Real dəyişiklik baş vermədi”

"SSRİ-nin süqutunun qarşısını almaq olardı".

 

Axar.az xəbər verir ki, bu açıqlama ilə "Crocus Group"un prezidenti Araz Ağalarov "Rbc.ru" saytında çıxış edib.

 

Onun sözlərinə görə, yenidənqurma başqa cür aparılmalı idi:

 

"Onlar yenidənqurmanı elan etdilər, dalğanı qaldırdılar, amma real dəyişikliklər baş vermədi. Kommunist partiyası çox qorxurdu. Başa düşürdülər ki, nəsə etmək lazımdır, amma məhz nə edəcəyi haqqında təsəvvürü belə yox idi. Kommunist ideyasını şəxsi mülklə bərabərləşdirmək sadəcə rebus idi. Özəlləşdirməni kənd təsərüffatına, yüngül sənayeyə tətbiq etmək lazım idi. O zaman 1991-ci ildəki  uğursuzluqdan qaçmaq olardı. Əgər SSRİ dağılmasaydı, o zaman daha çox şeyə çatmaq mümkün olardı".

 

Ağalarov SSRİ-nin süqutunun süni hadisə olduğunu qeyd edib:

 

"Bəziləri Sovet İttifaqının süqutunun obyektiv səbəblər ucbatından olduğunu hesab edirlər, lakin mən bununla razı deyiləm. Aydındır ki, ittifaqı qoruyub saxlamaq mümkün idi. Ayrılan respublikaların hətta özləri də anlamırdılar ki, onlar niyə ayrılıblar və bundan sonra nə edəcəklər. Bu, süni hadisə idi. Hakimiyyətdə olan Qorbaçov çox qərarsız idi və bütün dünyanın gözündə liberal kimi görünməyə çalışırdı, amma başa düşmürdü ki, hansı tərəfə getsin. Dövlət hələ öz idarə sistemini itirməyəndə hərəkət etmək lazım idi. O zaman 1991-ci ildəki fəlakət baş verməzdi".

Tarix
2015.04.24 / 09:22
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

BDU-nun işdən çıxarılan prorektoru kimdir?

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

Ukraynada həbsdə olan Misir Qasımlı azad edilir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla