Yuxarı

ABŞ: “Arxivləri açdıq... ermənilər türklərdən üzr istəyəcək”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ: “Arxivləri açdıq... ermənilər türklərdən üzr istəyəcək”

2015-04-24 12:05

O zaman Reyqan bizə "erməni soyqırımı"nı araşdırmağı tapşırmışdı.

Bu sözlər ABŞ Prezidenti Ronald Reyqanın məsləhətçisi Bryus Feynə məxsusdur. Məhz o bir neçə il bundan öncə Reyqan dövründə "soyqırım" araşdırmalarıyla bağlı fikirlərini səsləndirərək, erməniləri məyus etmişdi.

Axar.az Bryus Feynin fikirlərini yenidən oxuculara təqdim edir:

"Reyqanın tapşırığına əsasən, o zaman biz bu məsələ ilə əlaqədar araşdırma apardıq. Həmin vədə Avropa ölkələrinin və Osmanlı imperiyasının indiki hərbi arxivlərində saxlanılan müxtəlif materialları ortaya çıxardıq. Araşdırmalar göstərdi ki, ermənilərin "soyqırım"la bağlı söylədikləri əsassızdır. "Erməni soyqırımı" haqqında nağıllar erməni tarixçilərinin özlərinin təxəyyülü və uydurmasıdır. Unutmaq lazım deyil ki, həmin vədə Türkiyədə bütün etnik və dini azlıqlar türklərin özlərinin şəxsən istifadə etdikləri imtiyazlardan yararlanırdılar. Yunanlar, ermənilər, kürdlər, çərkəzlər, suryanlar, ərəblər və digər azlıqlar həmin dövrdə Türkiyədə kifayət qədər yüksək vəzifə tuturdular. Bu baxımdan ermənilər daha çox imtiyazdan istifadə edirdilər. Birinci Dünya Müharibəsi illərində Türkiyə erməniləri vətənlərini satdılar və Osmanlı İmperiyasının düşməninə sığındılar. Erməni hərbi hissələri Qafqaz cəbhəsində rus ordusu ilə çiyin-çiyinə vuruşurdu. Onlar türk və gürcü kəndlərini talan edir, yandırır, dinc sakinləri öldürürdülər. Nəticədə təxminən 2 milyona yaxın insan həyatını itirdi. Bütün hər şeyə rəğmən Türkiyə tərəfi bizə öz arxivlərindən istifadəyə icazə verdi, amma ermənilər öz arxivlərini göstərməkdən qəti şəkildə imtina etdilər. Mənim fikrimcə, əgər bu arxivləri açmağı bacarsaq, həqiqət üzə çıxacaq. O zaman ermənilər bütün dünya, o cümlədən türklər qarşısında tarixi yalanlarına görə üzr istəməli olacaqlar".

Tarix
2016.04.25 / 10:41
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Türkiyədə yeni dövr başlayır: Gələn həftədən...

Xəzər regionu diqqət mərkəzində: Yeni geostrateji balans...

Vəfat edən keçmiş nazir kim olub? - Dosye

Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım

Prezident: Bunu xüsusi qeyd etmək istərdim - Video

Bakı ilə Bişkek arasında saziş mühüm siyasi hadisədir

İlham Əliyev isveçrəli həmkarını təbrik etdi

Asiyada yeni müharibə başlayır

Kinematoqrafçılar İttifaqında qalmaqal - Nə baş verir?

Rusiyanın müttəfiqləri Kremlə dəstəkdən çəkindi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla