Yuxarı

Türkiyədə genişmiqyaslı korona yoxlamaları keçiriləcək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 1-də Türkiyə ərazisində genişmiqyaslı COVİD-19 yoxlamaları keçiriləcək.

Axar.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumatda qeyd edilir ki, yoxlamalarla bağlı xəbərdarlıq artıq Türkiyənin 81 vilayətinin aidiyyəti qurumlarına göndərilib. Yoxlamalarda ölkənin bütün aidiyyəti qurumlarının rəhbər şəxsləri, o cümlədən bələdiyyə sədrləri, məhəllə muxtarları, kaymakamları, polis təşkilatlarının və bir sıra digər dövlət idarələrinin əməkdaşları iştirak edəcəklər.

“Sağlamlıq üçün, hamımız üçün” şüarı altında keçiriləcək yoxlamalarda Türkiyənin bütün nəqliyyat vasitələri, kafe, mağaza kimi bir sıra ictimai yerlərində COVİD-19-a qarşı aparılan tədbirlər araşdırılacaq.

Qeyd edək ki, Türkiyədə qəbul olunan yeni qərara əsasən ölkənin bütün ictimai nəqliyyat vasitələrindən istifadə edənlərin xüsusi “HES” (Həyat evə sığar) kodu almaları vacibdir.

Tarix
2020.10.01 / 01:21
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla