Yuxarı

Dəhşətli zəlzələ 114 can aldı - Fotolar/Yeniləndi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dəhşətli zəlzələ 114 can aldı - Fotolar/Yeniləndi

Nepalın Pokhara şəhərinin 80 kilometrliyində 7.9 bal gücündə zəlzələ baş verib.

Axar.az ABŞ-ın Geologiya İnstitutunun yaydığı məlumata istinadən xəbər verir ki, Hindistanda da hiss edilən zəlzələ yerin 31 km dərinliyində baş verib.

Ölən və yaralananlar barədə hələ ki, heç bir rəsmi açıqlama verilməyib. Şahidlərin verdiyi məlumata görə isə Nepalın paytaxtı Katmandu şəhərindəki bir çox binalar dağılıb.

***

Nepalda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 114-ə çatıb.

Axar.az xəbər verir ki, 7,9 bal gücündə baş verən zəlzələ nəticəsində onlarla yaşayış binası, o cümlədən 183 illik qüllə dağılıb. 50 nəfərdən çox vətəndaşın qüllənin dağıntıları altında qaldığı bildirilir.

Bu arada Everest zirvəsində yeraltı təkanlar uçqunla nəticələnib. Qar uçqunları baş verən yerdə çox sayda alpinistin olduğu bildirilir.

Yeraltı təkanlar qonşu Banqladeşdə və Hindistanın şimalında da hiss olunub.

Xatırladaq ki, 4 il öncə Katmanduda baş verən zəlzələ nəticəsində 110 nəfər həlak olmuşdu.

Tarix
2015.04.25 / 15:20
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla