Yuxarı

Bakı-İstanbul reysi gecikir: 45 uçuş təxirə salındı - Yeniləndi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı-İstanbul reysi gecikir: 45 uçuş təxirə salındı - Yeniləndi

21:39

Türkiyə Hava Yollarına məxsus Milan-İstanbul reysi ilə uçan Airbus A320 sərnişin təyyarəsində baş verən yanğından sonra şirkət 45 uçuşu təxirə salıb.

Axar.az xəbər verir ki, THY şirkəti daxili və xarici reysləri təxirə salmaq barədə qərar verib.

THY-nin rəsmi Tvitter hesabından edilən açıqlamada bəzi reyslərin təxirə salındığı bildirilib, həmçinin sərnişinlərə hava limanına gəlməmişdən öncə uçuş vaxtına baxmaları məsləhət görülüb.

THY daxili reyslər üzrə Nevşəhər, İzmir, Sinop, Antalya, Ankara, Samsun, Adana, Şırnak, Kayseri, Şanlıurfa, Ərzurum, Mardin, Qaziantep, Trabzon, Alanya, Malatya, K.Maraş, Elazığ, xarici reyslər üzrə isə Köln, Milan, Nürnberq, Neapol, Balonya, Berlin, Roma, Praqa, Venesiya, Vyana səfərlərini ləğv edib.

Qeyd edək ki, bu gün Türkiyə Hava Yollarının Milan-İstanbul reysi ilə uçan Airbus A320 sərnişin təyyarəsinin mühərrikində yanğın baş vermişdi və təyyarə Atatürk Hava limanına təcili eniş etmişdi.

22:10

Türk Hava Yollarının Türkiyə vaxtı ilə saat 15.45-də uçmalı olan Bakı-İstanbul reysi gecikir. AzərTac xəbər verir ki, TK0334 reysi üzrə uçuşun nə vaxt həyata keçiriləcəyinə dair məlumat verilmir.

Tarix
2015.04.25 / 22:10
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Rusiyadan Simonyanın Qarabağla bağlı sözlərinə cavab

Həsrətə son qoyuldu, bu, misilsiz bir duyğudur

Bakıda keçirilən dünya çempionatı başa çatdı - Video

Şuşanın azad olunmasından 6 il ötür

Azərbaycanda Zəfər Günü qeyd olunur

Ruslara yalvardım ki, müharibəni dayandırın, biz qardaşıq

Paşinyandan etiraf: İlham Əliyevlə söhbətlər zamanı…

Ərdoğan sabah Qarabağa gəlir

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla