Yuxarı

Qeyts korona üzərində son qələbə şərtini açıqladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Maykrosoft” şirkətinin qurucusu Bill Qeyts bəşəriyyətin COVİD-19 infeksiyası üzərində son qələbə şərtini açıqlayıb.

Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə o, NBC telekanalının efirində bildirib.

Milyarderin sözlərinə görə, COVİD-19-un yayılmasına əlçatan və güclü peyvənd son qoyacaq.

"İnsanların normal həyata qayıdışı üçün yeganə yol super effektivli və əlçatan vaksinin alınmasıdır", - Qeyts bildirib.

“Maykrosoft”un banisi hesab edir ki, kütləvi vaksinləmə koronavirus infeksiyasının yayılmasına və xəstəliyə dünya miqyasında son qoymağa imkan verəcək.

Daha əvvəl Qeyts koronavirus pandemiyasının 2022-ci ildə bitə biləcəyini söyləyib. O, bunun COVID-19-a qarşı peyvəndlərin 2021-ci ildə istifadəsinə başlanılması ilə şərtləndirib. Milyarderin fikrincə, peyvəndləri yoxsul ölkələr üçün əl çatan etmək zəruridir.

Tarix
2020.10.12 / 06:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla