Yuxarı

Qərbin bundan danışmağa haqqı yoxdur - İran

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qərbin bundan danışmağa haqqı yoxdur - İran

İllər boyu İran xalqının hüquqlarının pozulmasına göz yuman bəzi Qərb dövlətlərinin insan hüquqlarından danışmağa haqqı yoxdur.

Axar.az xəbər verir ki, bu sözləri İranın məhkəmə hakimiyyətinin insan hüquqları üzrə katibi Baqeri Kaani deyib. O bildirib ki, müasir dünyada insan hüquqları məsələsi siyasi təsir vasitəsinə çevrilib. Milli maraqlarını qoruyaraq siyasət yürüdən dövlətlərə qarşı insan hüquqlarının pozulması iddiası irəli sürülür. Halbuki, illər boyu İrana qarşı tətbiq edilən sanksiyalar insanların bütün hüquqlarını pozur. Lakin heç bir Qərb dövləti bir söz belə deyə bilmir.

B. Kaani bildirib ki, bəzi hallarda ağır cinayət törədən adamların həbsdən azad olunması tələb edilir. Casusluqda və digər ağır cinayətlərdə ittiham edilərək həbs olunan və günahı məhkəmə tərəfindən sübuta yetirilən insanların azadlığa buraxılması tələbi ikili standartlardan xəbər verir.

İnsan hüquqları ümumbəşəri dəyərdir və onun qorunması zəruridir. Lakin insan hüquqlarından siyasi təsir mexanizmi kimi istifadə etmək yolverilməzdir.

Tarix
2020.10.15 / 23:20
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla