Yuxarı

Qafqaz böhranı: Abdulatipov Kadırova qahmar çıxdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qafqaz böhranı: Abdulatipov Kadırova qahmar çıxdı

Dağıstan Prezidenti Ramazan Abdulatipov Ramzan Kadırova dəstək olduğunu bildirib.

 

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya mətbuatı yayıb.

 

Prezident Rusiyanın digər bölgələrindən Çeçenistana gəlib, burada əməliyyat keçirən şəxslərin öldürülməsi haqqında Kadırovun verdiyi əmrin doğru olduğunu bildirib:

 

"Niyə naməlum yerlərdən, naməlum qruplar buraya gəlsin? Əgər prezident mənəmsə, siz öncə mənə xəbər verin. Mən axı haradan bilim ki, onlar bizim adamlardır, ya yox. Əgər belə deyilsə, onda mən nəyə görə burada otururam? Mən bura dövlət rəhbəri tərəfindən göndərilmişəm. Bizi görməzliyə vurmaq qəbuledilməzdir".

 

Qeyd edək ki, Ramzan Kadırovla Ramazan Abdulatipov arasında münasibətlər o qədər ürəkaçan səviyyədə deyil. Bəzi mənbələr buna əsas səbəb kimi Kadırovun Dağıstana qarşı torpaq iddiasının olmasını göstərirlər. Abdulatipova gəlincə isə o, Kadırovun Şimali Qafqazdakı hegemoniyasını qəbul etmir və Moskvadan Dağıstanın tabeliyinə xüsusi ordu bölmələri verməyini istəyir. 

Tarix
2015.04.30 / 09:45
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycanla AB arasında münasibətlərdə yeni mərhələ...

Transsərhəd çaylarla bağlı xəbərlərə irad

Bakı Dublində qəbul edilən üç mühüm sənədə qoşulmadı

Putinin buna razılıq verəcəyini gözləyirik - Merz

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla