Yuxarı

Nikoldan Aİ-yə şok təklif: Bircinsli nikahı leqallaşdırarıq...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nikoldan Aİ-yə şok təklif: Bircinsli nikahı leqallaşdırarıq...

Rusiyadan əli üzülən, yüz fitnə-fəsadla ortalığı qarışdıraraq, rus əsgərlərini gətirib Qarabağda Azərbaycan Ordusuna qarşı döyüşdürməyəi bacarmayan Baş nazir Nikol Paşinyan ölkəsinin üzünü tamamilə Qərbə sarı döndərməyi düşünür.

Axar.az Musavat.com-a istinadla xəbər verir ki, "suda boğulanlar saman çöpündən yapışdığı" kimi, bu da Avropa dövlətlərinin həssaslıq göstərdiyi məqamlara vurğu yapır, özünü Rusiyadan qopmuş, Qərbin prioritetlərinə dəyər verən biri kimi göstərmək istəyir.

Bu günlərdə rusdilli erməni mediasında Paşinyanın Ermənistan parlameninin növbədənkənar toplantısında etdiyi çıxışdan sitat gətirilib. Həmin açıqlamasında Paşinyan deyib ki, əgər Avropa İttifaqı Qarabağı Ermənistanın tərkib hissəsi kimi tanısa, onun ölkəsi bircinsli nikah leqallaşdıracaq.

Ermənistanın Avropanın bir hissəsi olduğunu deyən baş nazir bu qitənin prioritetlərinə üstünlük verməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, son günlərdə erməni rəhbərlərin əsas siyasi xətti dünya dövlətlərinə yalvar-yaxar edərək qondarma "dqr"in "tanıdılması"na yönəlib. Onlar artıq hansısa qəsəbənin, kiçik şəhərin belə bir avantürist bəyanatlar verməsini bayram edirlər, ancaq özləri də bilirlər ki, bu kafi deyil.

Tarix
2020.10.21 / 22:37
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevlə Ərdoğanın görüşü ilə bağlı daha bir paylaşım...

İlham Əliyev Türkiyəyə səfər edəcək

Ərdoğanın sevdiyi mahnı Xankəndidə səsləndirildi - Video

İlham Əliyevlə Ərdoğanın birgə mətbuat konfransı - Video

Ərdoğan Zəfər Günü ilə əlaqədar paylaşım etdi

Prezidentlər Şuşa qalası önündə - Foto

Əliyev və Ərdoğandan qardaşlıq mesajı - Foto

Prezidentlər Zəfər abidəsinin önünə əklillər qoydular

Türkiyə Ağdamda yeni məktəb inşa edir

Birinci xanımlar çay süfrəsi arxasında söhbət etdilər - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla