Yuxarı

Ermənilər fransız jurnalisti ölümlə hədələyir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İki gün əvvəl Fransanın TF1 telekanalının əməkdaşı Liseron Budul Azərbaycanın Qarabağ bölgəsindəki cəbhə xəttindən hazırladığı reportaja görə Fransadakı ermənilər tərəfindən ölümlə hədələnib.

Axar.az xəbər verir ki, Beynəlxalq Jurnalistlər Şurasının Xarici əlaqələr üzrə sədri Elşad Eyvazlı bununla bağlı etiraz bəyanatında jurnalist Liseron Budulun şiddətə məruz qalmasını, hətta həmkarının reportajının saytdan çıxarılmasını qınadığını bildirib.

Təşkilat adından yaydığı bəyanatda Elşad Eyvazlı özünü dünyanın demokratiya mərkəzi hesab edən Fransa hökumətindən bu məsələ ilə bağlı təcili tədbirlər görülməsini, beynəlxalq hüquqları ayaq altına atan, jurnalisti ölümlə hədələyən Fransa vətəndaşlarının qanun qarşısında cavab vermələrini tələb edib. Əks halda, Fransanın adı jurnalistlərin peşə fəaliyyətinin məhdudlaşdırıldığı, söz azadlığının boğulduğu ölkələr sırasına düşəcək.

“Bir daha jurnalist həmkarımızla bağlı baş vermiş xoşagəlməz faktdan dərin təəssüf hissi keçirir, təhdidi kəskin şəkildə pisləyir, Fransa hökumətindən təcili addımlar atılmasını istəyirik”, - deyə bəyanatda bildirilib.

Tarix
2020.10.25 / 20:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Paşinyan artıq bunu başa düşür - Ərdoğan

Ermənistan ordusu Qazaxın kəndlərindən çəkildi

Yeni sübutlar var: ermənilər tələlər quraşdırıb

Bakı yenidən özünün olanı geri qaytarır - Solonnikov

Türk dövləti saydığımız İran bu yoldan çəkilməlidir

Bayramov çexiyalı həmkarı ilə görüşdü

Əliyev Zelenskini Bakıya dəvət etdi

İran axır ki, dilləndi: alqışlamadı - “hörmət” edir...

Paşinyan dedi ki, mən gedirəm, Əliyev özü gələcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla