Yuxarı

İlham Əliyev və daha 87 lider... - Ərdoğan

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev və daha 87 lider... - Ərdoğan

Azərbaycan Prezidenti qardaşım İlham Əliyev, Pakistan, Yunanıstan və digər dövlətlərin baş nazirləri və rəsmi şəxsləri olmaqla, ümumilikdə 88 ölkənin rəhbər şəxsləri baş vermiş zəlzələ ilə bağlı ölkəmizə başsağlığı mesajlarını çatdırıblar.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələ bölgəsini ziyarəti zamanı jurnalistlərə açıqlamasında deyib.

Hadisə zamanı yaralanan vətəndaşlardan 218 nəfərin müalicəsinin davam etdiyini deyən Ərdoğan bu şəxslərdən səkkizinin reanimasiya şöbəsində olduğunu bildirib.

“İndiyə qədər 103 nəfər dağıntılar altından çıxarılıb 37 nəfər həlak olub. Zəlzələ baş verən andan hər sahə üzrə nazirliklər gücləndirilmiş rejimdə fəaliyyət göstərir. Bölgəyə 24 milyon türk lirəsi dəyərində yardım göndərilib. Nazirliklərin göstərişinə əsasən, bu məbləğ artırılacaq. Dağıntıların aradan qaldırılması işləri davam edərkən bölgədə yenidənqurma işləri ilə bağlı araşdırılmalar aparılacaq və ən qısa zamanda vətəndaşlarımız üçün yeni evlərin inşasına başlanacaq. Vətəndaşlara dəyən bütün maddi ziyan dövlət tərəfindən ödəniləcək. Bölgədə bu həftə ərzində tədris-təlim prosesi dayandırılıb. Seysmik vəziyyətdən asılı olaraq bunun uzadılması da istisna deyil. Hazırda bölgəyə üç minə qədər çadır gətirilib”, - Ərdoğan vurğulayıb.

Tarix
2020.10.31 / 23:17
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla