Yuxarı

Türkiyə dünya ölkələrinə səsləndi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə dünya ölkələrinə səsləndi

Türkiyə Diyanət İşləri Nazirliyi “Şarli Hebdo” jurnalına etirazını bildirib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi yayıb. Nazirlik dünya ölkələrini müsəlmanların dəyərlərini qorumağa səsləyib.

"Son zamanlarda Fransa başda olmaqla, Avropada islama və müsəlmanlara yönəldilmiş təhqir və hücumların çox ciddi şəkildə artdığını görürük. "Şarli Hebdo" adlı jurnal da mənfur nəşrləri ilə bu vəziyyətə rəhbərlik etməkdədir. Bu jurnal son nəşrində yenə Peyğəmbərimizi və Prezident Rəcəb Tayyib Ərdoğanı hədəf alan çox çirkin bir karikatura dərc edib.

Ölkə rəhbərlərini müsəlmanların dəyərlərini və müqəddəs olanlarını qorumaq, hər cür təhlükəsizliyi təmin etmək, eləcə də vətəndaşlıq hüquqları tələblərinin təmin edilməsi üçün məsuliyyətlərini icra etməyə dəvət edirik", - nazirlik bəyan edib.

Tarix
2020.11.01 / 00:52
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığı müzakirə etdi

Paşinyan Azərbaycanla delimitasiya prosesindən danışdı

Bakı Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayıldı

Szinpin buna görə Putini şəxsən qarşılamadı

Bu, ölkəmizin Avropa üçün önəmini təsdiqləyir

Prezident Oman Sultanını təbrik etdi

İlham Əliyev latviyalı həmkarını təbrik etdi

Bakı ilə İrəvan arasındakı sülh prosesi... – Gülər

Vadeful Bakıdan İrəvana uçdu

Türkiyə ilə Azərbaycan arasında münasibətlər... - Nazir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla