Yuxarı

Zurabişvili seçkilərdən danışdı: Ümid edirəm...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zurabişvili seçkilərdən danışdı: Ümid edirəm...

Ümid edirəm ki, bütün partiyalar Gürcüstan seçicilərinə hörmət nümayiş etdirib, çoxpartiyalı effektiv parlament yaradacaq.

Axar.az xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili deyib.

Qeyd edək ki, Gürcüstanda majoritar seçki dairələrində parlament seçkisinin ikinci mərhələsi başlayıb. Proporsional dairələr üzrə keçirilən seçkidə artıq Gürcü Arzusu Partiyası qalib gəlib. Ümumilikdə parlamentdə 9 partiya və blok daxil olub.

Müxalifət seçkinin nəticələrini qəbul etmir. Onlara görə, seçkidə saxtakarlığa yol verilib və onlar səslərin yenidən hesablanmasını istəyirlər. Bununla belə ABŞ artıq seçkinin qalibi olaraq Gürcü Arzusunu tanıdığını elan edib və müxalifəti parlamentə getməyə səsləyib.

Müxalifətlə iqtidar arasında problemin həlli üçün ABŞ Dövlət katibi Mayk Pompeo Tiflisdə özünün köməkçisini qoyaraq geri dönmüşdü.

Tarix
2020.11.21 / 11:11
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Amerikalı nazir Zəngəzur dəhlizindən danışdı: İşə düşsə...

İtaliyanın XİN rəhbəri Azərbaycana gəldi

İlham Əliyev ABŞ-ın daxili təhlükəsizlik nazirini qəbul etdi

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla