Yuxarı

Nikol İrəvanda rus bayrağından imtina etdi - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nikol İrəvanda rus bayrağından imtina etdi - Foto

Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyanın xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu və qurumlararası nümayəndə heyətini qəbul edərkən çəkilən fotolar sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Axar.az xəbər verir ki, fotolarda görüş zamanı yalnız Ermənistan bayrağı yer alıb.

Sözügedən görüntüyə görə, sosial şəbəkələrin rus seqmenti Ermənistan hökumətini tənqid edib.

“Rəsmi görüşdə bayrağın olmaması təhqirdir. Erməni tərəfi ədəb naminə Rusiyanın masaüstü bayrağını belə qoymadı. Digər ölkələrin nümayəndə heyətləri gəldikdə belə hallar baş vermir”, - Teleqram kanallarının birində yazılıb.

Ermənistan mediası fakta göz yummağa çalışsa da, sosial şəbəkələrdə bayrağın qoyulmamasını erməni hökumətinin hörmətsizliyi kimi qələmə veriblər.

“Ermənistan bayrağının yanına Rusiyanın bayrağını da qoya bilərdilər. Rusiyanın müharibədə bizə etdiyi köməkdən sonra heç olmasa dostyan bunu etmək mümkün olardı”, - Ermənistanın “Erməni Vendetta” Teleqram kanalı yazıb.

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Rusiyanın müdafiə naziri Sergey Şoyqu İrəvanda səfərdədir.

Tarix
2020.11.21 / 13:40
Müəllif
Fatimə Zülfüqar
Digər xəbərlər

Vyetnama səfərimin nəticələrindən çox məmnunam - Video

TRİPP-lə bağlı mühüm addım: Paşinyan elan etdi

Birinci xanımların Hanoydakı İrs Evində görüşü oldu - Foto

Vətən müharibəsi dövründə Vyetnamın dəstəyi... - Prezident

Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır!

Vyetnam prezidentindən Azərbaycanla bağlı gözəl sözlər

Hanoyda Prezidentlə xanımının şərəfinə rəsmi nahar verildi

Almaniya XİN başçısından Azərbaycanla bağlı açıqlama

Pezeşkiandan həyəcan təbili: Hər kəs Təbrizə axışır

Azərbaycanda həyat səviyyəsi daim yaxşılaşır - To Lam

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla