Yuxarı

Baş nazir bəyan etdi: Veto qoyacağam...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Baş nazir bəyan etdi: Veto qoyacağam...

Macarıstanın Baş naziri Viktor Orban ölkəsinin 2021-2027 maliyyə dövrü üçün Avropa İttifaqının büdcəsi və koronavirus pandemiyasının vurduğu ziyanı düzəltmək üçün bir sıra tədbirlər paketinə veto qoyacağını söyləyib.

Axar.az xəbər verir ki, Macarıstan hökumətinin başçısı bunu Almaniya kansleri Angela Merkelə, Avropa Komissiyasının sədri Ursula von der Leyenə və Avropa Şurasının prezidenti Charles Michelə ünvanladığı məktubda bildirib.

Baş nazir ölkəsinin çoxillik büdcənin bütün elementlərinə qarşı səs verəcəyini və yekdil təsdiq tələb edən hissələrə veto qoyacağına söz verib.

Macarıstan bu vəziyyətdə ““hər şey razılaşdırılmayana qədər heç bir şey razılaşdırılmayıb” prinsipinə sadiqdir”, - deyə V.Orban bu gün ölkənin ictimai radiosunun efirində bildirib.

Xatırladaq ki, Baş nazir dəfələrlə Avropa İttifaqının büdcəsi və təzminat paketinin ikili standart elementlərini ehtiva edən şərtlərə bağlanmasının yolverilməzliyi barədə xəbərdarlıq etmişdi. Bu cür tədbirlər üzv dövlətlər arasındakı etibarı poza və Macarıstanın maraqlarına zidd ola bilər, deyə, hökumət başçısı qərarını izah edib.

Tarix
2020.11.21 / 23:39
Müəllif
Axar.az
Digər xəbərlər

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla